Laçın yolunda Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan müharibə cinayətkarı, separatçı–terrorçu Vaqif Xaçatryan ailəsinə mesaj göndərmək istəməyib.
AzerTimes xəbər verir ki, bu barədə onun qızı Vera Xaçatryan deyib.
“Mənə BQXK-nin İrəvandakı ofisində daha əvvəl baş tutan görüşdə məlumat verilib ki, atam bizə mesaj göndərmək istəməyib”, – o bildirib.
Qeyd edək ki, Xocalının Meşəli kəndində azərbaycanlıları qətlə yetirən Xaçatryana qarşı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən cinayət açılmış və o, axtarışa verilmişdi. İyulun 29-da isə BQXK-nin vasitəçiliyi ilə xəstə adı altında İrəvana getmək istəyən Xaçatryan yaxalanaraq Bakıya gətirilib.