Ermənistanın yeni hərbi tərəfdaşa ehtiyacı var. İrəvan Fransa ilə hərbi yardımın göstərilməsi məsələsini müzakirə edir.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan deyib.
“Bizə yeni hərbi tərəfdaş lazımdır. Fransa isə müdafiə qabiliyyətimizi gücləndirmək üçün bizə dəstək olmaq niyyətində olduğunu bildirib. Hazırda bununla bağlı danışıqlar aparılır”, – o bildirib.