“X” xəstəliyi: Dünya yeni ölümcül pandemiyaya hazırlaşır

“X” xəstəliyi: Dünya yeni ölümcül pandemiyaya hazırlaşır

Bəşəriyyəti “X” xəstəliyi gözləyir. Bütün dünya yeni bir pandemiyaya hazırlaşmalıdır.

AzerTimes xəbər verir ki, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda məlumat verilib.

Bildirilib ki, yeni xəstəlik barədə Dünya İqtisadi Forumunda danışılacaq.

“Sirli xəstəlik 2024-cü il yanvarın 15-dən 19-dək İsveçrə şəhərində baş tutacaq Davos toplantısında gündəmin bir hissəsi olacaq. İclasda səhiyyəni qarşıda duran çoxsaylı problemlərə hazırlamaq üçün lazım olan tədbirlər nəzərdən keçiriləcək”, – məlumatda qeyd olunub.

Yanvarın 17-də yeni xəstəliklə birbaşa bağlı iclasın keçiriləcəyi bildirilir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı hələ 2018-ci ildə “X” xəstəliyini prioritet xəstəliklər siyahısına salmışdı. ÜST bildirir ki, bu xəstəlik COVİD-19-dan 20 dəfə daha çox ölümə səbəb ola bilər.

Teqlər: