ABŞ-da 55 mindən çox istifadəçi X sosial şəbəkəsinin işində problemlər yaşandığını bildirir.
AzerTimes xəbər verir ki, bu barədə populyar internet resurslarının fəaliyyətini izləyən “Downdetector” portalı məlumat yayıb.
Belə ki, müraciət edənlərin 85 faizi tətbiqin fəaliyyətində nasazlığın olduğunu, 11 faizi serverlə əlaqənin mümkünsüzlüyünü, 4 faiz isə sayta daxil olmaqda çətinliklər yaşandığını qeyd edir.
Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya, İspaniya və digər ölkələrdə də analoji problemlər yaşanmaqdadır.