“Wood Mackenzie” “Şəfəq-Asiman” strukturunu qiymətləndirib

Xəbər - Ləman Zeynalova – Trend:

“Şəfəq-Asiman” “Wood Mackenzie” şirkətinin kəşfiyyat quyularının izlənməsi sistemində dünyanın ən iri perspektiv strukturu hesab olunurdu.

Bunu AzerTimes-a şirkətin baş analitiki Robert Morris deyib.

O qeyd edib ki, pandemiya dövründə çox mürəkkəb hesab olunan kəşfiyyat quyusunun uğurla təhvil verilməsi özü özlüyündə uğurdur:

“Karbohidrogen ehtiyatlarının kəşf olunması böyük əhəmiyyət daşıyır. “Şəfəq-Asiman” “Wood Mackenzie” şirkətinin kəşfiyyat quyularının izlənməsi sistemində dünyanın ən iri perspektiv strukturu hesab olunurdu. Burada söhbət 707,9 milyard kubmetr qaz və 1 milyard barel kondensat ehtiyatlarından gedir. Bu, təxminən “Şahdəniz” yatağının ehtiyatlarına bərabərdir. Amma Xəzər dənizinin cənub hissəsinin mürəkkəb geologiyasını və məhdud məlumatları nəzərə alaraq biz bu mərhələdə ehtiyatlı davranırıq”

R. Morris qeyd edib ki, əgər bu problemlərin öhdəsindən gələ biləcək şirkə varsa, o da Xəzər dənizində çoxillik iş təcrübəsi olan BP şirkətidir:

“Amma bu layihənin şirkətin uzunmüddətli enerji keçidi strategiyasına nə dərəcədə uyğun olub-olmaması barədə suallar da yaranacaq”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: