“WikiLeaks” saytı Fransa prezidenti Emmanuel Makronun seçki qərargahına aid 21 min məktubu yayıb.
İlk məktublar 2009-cu ilin mart ayına, sonuncular isə 2017-ci ilin aprelinə aiddir. Sayt bildirib ki, əlində daha çox materiallar var, lakin hələlik yalnız bu məktublar araşdırılıb və sistemləşdirilib.
Qeyd edək ki, “WikiLeaks”in yaradıcısı Culian Assanj hələ qışda E. Makronun yazışmaları barədə məlumat vermişdi.