“WhatsApp” mesencerinin fəaliyyəti tam bərpa edilib.
AzerTimes-ın məlumatına görə, bu barədə özünün “Twitter” səhifəsində sosial şəbəkənin baş direktoru Uill Ketkart yazıb.
U.Ketkart bildirib: “Hazırda biz tam bərpa olduq və işləyirik”.
Baş direktor problemlərin aradan qaldırılmasına yardım edənlərə də təşəkkürünü bildirib.
Xatırladaq ki, daha əvvəl “Facebook”, “Instagram” və “WhatsApp”ın işinin tədricən bərpa edildiyi bildirilmişdi.