WhatsApp’dan yenilik: Eyni hesaba fərqli cihazdan giriş

WhatsApp’dan yenilik: Eyni hesaba fərqli cihazdan giriş

WhatsApp messencerində eyni hesaba fərqli cihazlardan giriş etmək mümkün olacaq.

Məlumata görə, bu funksiya hələ hazırlıq mərhələsindədir. O, istifadəçilər üçün əlçatan olan zaman tətbiqdə xüsusi “Linked Devices” (“Bağlı cihazlar”) bölməsi görünəcək.

Orada dördə qədər yeni cihaz əlavə etmək mümkün olacaq, üstəlik, məlum bölmədə eyni hesaba bağlı bütün cihazlar göstəriləcək.