“WhatsApp”da yeni faydalı funksiya işə düşür

“WhatsApp” səsli mesajları göndərilməmişdən əvvəl dinləmək funksiyasını tətbiq edib.

AzerTimes-ın məlumatına görə, bu barədə mesencerin “Twitter” səhifəsində deyilir.

“Bunlar səhvlər deyil, məşqlərdir. İndi “Göndər” düyməsini vurmazdan əvvəl səsli mesajınızı dinləyə bilərsiniz”, – deyə “WhatsApp” paylaşımında deyilir.