“WhatsApp” rekorda imza atdı

Dünyada “WhatsApp” messencerinin istifadəçiləri Yeni il bayramı ərəfəsində edilən zənglərin sayına görə tarixi rekord müəyyənləşdiriblər.

Yenicag.az xəbər verir ki, istifadəçilər 1,4 milyarddan çox səsli və videozəng ediblər.

“Facebook” əməkdaşları qeyd ediblər ki, bayramqabağı dövrdə servislər adətən çox yüklənir. Bununla belə, bu göstərici indiyədək “WhatsApp” tərəfindən qeydə alınan ən yüksək göstərici olub.

Analitiklərin sözlərinə görə, ünsiyyət çatlarının populyarlığı insanların sosial distansiyaya baxmayaraq, rabitə əlaqəsi saxlamaqlarını tələb edən koronavirus pandemiyası ilə əlaqədardır.

“Facebook” şirkətinin meneceri Keytlin Benford bildirib ki, bu tendensiya 2020-ci ilin martında yaranıb. Bayram ərəfəsində texniki mütəxəssislər tərəfindən əlaqə saxlayan və “dünyanın 2021-ci ildə zəng etməsi” üçün istənilən problemi həll etməyə hazır olan komandalar təşkil edilib.

www.yenicag.az