Dünyanın ən geniş yayılmış ani mesajlaşma xidməti olan “WhatsApp” pullu olur.
“WhatsApp” şirkət hesablarını ödənişli edəcək yenilik üzərində çalışır.
“WhatsApp”ın əməliyyat direktoru Matt Idema böyük iş adamları, qurumlar üçün yaratdıqları əlavə xidmətlərə görə ödəniş alacaqlarını açıqlayıb. İdema ödənişli xidmətə nələrin daxil olduğunu və zaman rəsmən xidmətə başlayacağını açıqlamayıb. “Detallar hələlik təsdiqlənməyib”.
Test edilən yenilik böyük şirkətlərə məxsus olan hesablarla daha rahat əlaqə qurmaq üçün yaradılıb. “WhatsApp”ın öz blogundakı açıqlamada belə yazılıb – “kiçik şirkətlər üçün pulsuz olan “WhatsApp Business” tədbiqinə əlavə ediləcək yeni xidmətlər test mərhələsindədir”.
“Facebook” 2014-cü ildə hazırda istifadəçi sayaı 1 milyardı ötən “WhatsApp”ı 22 milyard dollara satın alıb. Yaxın günlərdə bu xidmət iki hesabların rəsmi olduğunu sübut edən yaşıl işarə özəlliyini əlavə etmişdi.