İspaniyanın Milli Məhkəməsi ölkənin baş naziri Pedro Sançesi
ölümlə hədələyən şəxsə hökm çıxarıb.
Trend yerli KİV-ə istinadən xəbər verir ki, 66 yaşlı Manuel
Murillo “WhatsApp”-da P.Sançesi təhdid edən sözlər yazıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində təqsirləndirilən şəxsin
evindən xeyli sayda odlu silah aşkarlanaraq götürülüb.
Məhkəmənin qərarı ilə, Manuel Murillo yeddi il müddətinə
azadlıqdan məhrum edilib.