“Washington Post” qəzetində portuqaliyalı səyahətçinin Xınalıq kəndinə səfəri barədə material dərc olunub (FOTO)

ABŞ-ın “Washington Post” qəzetində portuqaliyalı səyahətçi jurnalistin Quba rayonunun Xınalıq kəndinə səfəri ilə bağlı təəssüratları barədə məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalənin müəllifi Xınalıq dağlarında gördüyü mağaralar barədə yazıb.

Müəllif yazır ki, təxminən ABŞ-ın Qərbi Virginiya ştatı boyda ərazidə iyirmidən çox dildə danışan müxtəlif xalqların nümayəndələri yaşayır. Onların əksəriyyəti əsrlərlə həm bir-birindən, həm də ölkənin digər hissələrindən təcrid olunmuş kəndlərdə yaşayır.

Məqalədə qeyd olunur ki, təkcə Xınalıq sakinləri deyil, həm də Buduq, Qrız, Cek, Saxur və Nic kəndlərinin sakinləri öz dillərində danışırlar.


Müəllif, həmçinin bu regionun inkişaf etmiş nəqliyyat və turizm infrastrukturuna diqqəti yönəldir.

“2007-ci ildə burada yeni yol tikilib, yaxınlıqdakı “Şahdağ” dağ-xizək kurortu isə bütün dünyadan xizəkçiləri cəlb edir. “Xınalıq” qoruğu UNESCO-nin Ümumdünya irsi siyahısına salınmaq üçün ilkin namizədlər arasında yer alıb. Azərbaycan buranın yerli turizm məkanı kimi təbliğatını aparır”, – məqalədə deyilir.

(Tərcümə Orxan Nəbiyev)

Teqlər: