“Walt Disney” Rusiyadakı bütün fəaliyyətlərini dayandıracaq

“Walt Disney” şirkəti Ukraynada baş verən hadisələr ilə əlaqədar
Rusiyada bütün fəaliyyətini dayandırdığını elan edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə şirkətin açıqlamasında bildirilib.

Şirkət xatırladıb ki, bundan əvvəl kommersiya kinoprokatı üçün
filmlərin Rusiya Federasiyasına yayımlanmasını dayandırmışdı.

İndi isə “Walt Disney” şirkəti “Rusiyada bütün digər biznes
növlərini dayandırmaq üçün addımlar atır”. Bu, kontent və məhsul
lisenziyalaşdırılması, “Disney Cruise Line”, “National Geographic”
jurnalının fəaliyyətlərinə aiddir.”