Britaniya əsilli avstraliyalı fotomüxbir Tim Peyc 79 yaşında qaraciyər xərçəngindən vəfat edib.
AzerTimes xəbər verir ki, bu barədə “Peopl” nəşri məlumat yayıb.
“Fotoqraf 1965-ci ildə 20 yaşında Vyetnam müharibəsini işıqlandırıb. O, çəkiliş zamanı dörd dəfə yaralanıb, beyninin bir hissəsi qəlpəyə tuş gəlib. Peyc Vyetnamda çəkilmiş şəkillərini “Rekviyem” adlı kitabında dərc etdirib, eyniadlı sərgi keçirib. O həm də bir sıra sənədli və bədii filmlərdə rol alıb. Tim Peyc Avstraliyanın Qriffit Universitetində fotojurnalistika üzrə dosent olub”, – məlumatda bidirilib.