Avstriyanın paytaxtı Vyanada sinaqoq yaxınlığında atışma baş verib.
TASS bildirir ki, biri polis olmaqla bir neçə nəfər yaralanıb. İnsidenti törədən şəxs özünü partladaraq intihar edib. Polis hazırda hadisənin səbəblərini araşdırır.
Şəhər əhalisinə ictimai yerlərdən və nəqliyyatdan uzaq durmaq, foto, video paylaşmamaq tövsiyə olunub.
Avstriya Daxili İşlər Nazirliyi hadisənin terror aktı olma ehtimalını istisna etməyib.
Daxili İşlər naziri Karl Nehammer silahlı hücumu bir neçə nəfərin təşkil etdiyini bildirib.
Onlardan birinin öldüyü, digərinin isə ələ keçirildiyi deyilir. Sinaqoq yaxınlığında ümumilikdə 50 dəfə atəş açıldığı qeyd olunub.
Vyanada atışma zamanı 15 nəfər yaralanıb.
Vyananın meri Mixael Lüdviq “ORF-2” telekanalının efirində bildirib.
“15 nəfər hospitalizə edilib, onlardan yeddisi ağır yaralanıb”, – şəhər meri deyib.
Vyanadakı terror aktı nəticəsində bir neçə nəfər həlak olub, azı bir cinayətkar hələ axtarışdadır. Avstriyanın Daxili İşlər naziri Karl Nehammer bu barədə bildirib.
“Təəssüf ki, bir neçə nəfər yaralanıb, bir neçəsi həlak olub”, – Nehammer mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Avstriyalı polisi hücumun iştirakçılarından birini neytrallaşdırmağı bacarıb.
Vyanada atışma nəticəsində ölən dinc sakinlərin sayı 2-yə çatıb.
“Öldürülən kişidən sonra daha bir qadın aldığı xəsarətdən dünyasını dəyişib”, – mer “ORF-2” telekanalının efirində deyib.