Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Abşeron rayonunun Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib.
Mərhum şahmat ustası Vüqar Həşimovun ata evində baş verən partlayış mənzildə dağıntıya səbəb olub.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən dağıntılar altından iki nəfər – Qasım Həşimov və Aidə Həşimova sağ çıxarılıb.
AzerTimes Report-a istinadla sözügedən evin partlayışdan sonra lentə alınan görüntülərini təqdim edir: