TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Nigar Rüstəmli Korporativ əməkdaşlıq və tibbi turizm şöbəsinə rəhbər təyin edilib.
AzerTimes xəbər verir ki, bu barədə N.Rüstəmli sosial media hesabında paylaşım edib.
“TƏBİB-in prioritet istiqamətlərindən olan səhiyyəmizin beynəlxalq arenada tanınması üçün yolumuz uzun, enerjimiz yüksək, hədəfimiz böyükdür”, – deyə N.Rüstəmli bildirib.