Vüqar Qurbanov Bakıda baş vermiş partlayışla bağlı açıqlama verib

Xəbər - Trend:

Bakıda baş verən partlayışla bağlı TƏBİB-in tabeliyindəki tibb
müəssisələrinə ümumilikdə 37 müraciət olub.

AzerTimes-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Tibbi
Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini
icra edən Vüqar Qurbanov deyib.

O bildirib ki, onlardan 23 nəfəri stasionar müalicəyə qəbul
olunub:

“Digər şəxslərə isə ilkin tibbi yardım göstəriləndən sonra evə
buraxılıb. Stasionara qəbul edilən 2 nəfərə isə yardım olunandan
sonra vəziyyətləri normal olduğu üçün evə buraxılıb”

Onun sözlərinə görə, vəziyyəti kritik olan xəstələrin yaxınları
ilə mütəmadi əlaqə saxlanılır.

“Müraciətlərin 90%-i yanıq xəsarətləridir. Xəsarət alan şəxslər
arasında travmatoloji sınıqla bağlı müraciət edənlər də var. Onlara
da aidiyyəti üzrə yardım göstərilib”, – Vüqar Qurbanov deyib.

Teqlər: