Vüqar Bayramov Füzulidə növbəti görüşünü keçirdi

Vüqar Bayramov Füzulidə növbəti görüşünü keçirdi

Deputatlığa namizəd Vüqar Bayramov Füzuli rayonunun Kərimbəyli kəndinin sakinləri ilə görüşüb.

AzerTimes xəbər verir ki, hHər zamankı kimi kənd sakinləri namizədi coşğu ilə qarşılayaraq VI Çağrış müddətində faydalı əməkdaşlığa görə öz təşəkkürlərini ifadə etdilər.

Çıxış edən kənd ziyallısı Yəhya Əliyev namizədin öz elmi ilə hər zaman elinin yanında olduğunu və ötən çağrış zamanı mütəmadi seçicilər ilə əlaqə saxladığını və görüşdüyünü bildirdi. O əlavə etdi ki, VI Çağrış müddətində namizəd seçicilər ilə 131 görüş keçirib ki, bu da hər ayda 2 dəfədən çox görüş deməkdir. Yəhya Əliyev kənd sakilərini seçicilərdə iştirak etməyə və inandığı namizədə səs verməyə çağırdı.

V.Bayramov çıxışı zamanı Kərimbəyli kəndinə ötən 4 il yarım müddətində mütəmadi səfərlərini xatırladaraq sakinlərin qayğıları hər zaman maraqlanmağa çalışdığını ifadə edib:

“VI Çağrış müddətində yalnız Kərimbəyli kənd sakinləri ilə kütləvi və fərdi ziyarətlər daxil olmaqla 10-dan çox görüşümüzü olub”.

O əlavə edib ki, yenidən etimad olacağı halda müntəzəm ünsiyyətimiz, aylıq görüşlərimiz davam edəcək.

Daha sonra çıxış edən kənd sakinləri namizədə dəstəyini nümayiş etdirərək öz fikir və təkliflərini təqdim etdilər. Sakinlərin qeyd etdiyi hər bir məsələ üzrə izahatlar verildi və mütəmadi görüşlərin təşkilinə görə seçicilər tərəfindən minnətdarlıq bildirildi.

Elmimlə Daim Elimin Yanındayam!

Teqlər: