Serbiya Prezidenti Aleksandr Vuçiçin oğlu Danilo Vuçiç Almaniyada baş tutan Avro-2024 turniri ərəfəsində ingilis azarkeşlərlə dava edib.
AzerTimes xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb.
Bildirilib ki, Almaniyanın Gelzenkirxen şəhərində ingilis və serb azarkeşlər arasında bir neçə toqquşma olub.
Yayılan videolarda naməlum şəxslərin bir-birinə stul və butulka atması əks olunub.
Videoda D.Vuçiç şəhər küçələrinin birində alban və ingilis azarkeşləri ilə dava salmağa çalışsa da, onun mühafizəçiləri buna mane olublar.
Vuçiçin davranışı Serbiyada birmənalı qarşılanmayıb. Bir sıra vətəndaşlar Danilonun davranışını tənqid ediblər.
Qeyd edək ki, ötən gün C qrupunda İngiltərə-Serbiya oyunu baş tutub. Oyun ingilislərin minimal hesablı qələbəsi ilə başa çatıb.