Serbiya Prezident Aleksandr Vuçiçi hədələyən şəxs saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə məlumatı Serbiya Daxili İşlər Nazirliyi yayıb.
Həmin şəxsin – Draqan Miyatoviçin 48 saat inzibati qaydada həbs edildiyi bildirilib.
Bu hadisə Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı dünənki sui-qəsd fonunda baş verib.