Almaniya hökuməti Serbiya Prezidenti Aleksandar Vuçiçi ölkəsinin geosiyasi kursu ilə bağlı qərar verməyə çağırıb. Ondan seçim etmək tələb olunur: AB-yə daxil olmaq və ya Rusiya ilə yaxınlaşmaq.
AzerTimes xəbər verir ki, bu barədə “Velt” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Almaniyada Serbiyanın Rusiya ilə əməkdaşlıq müqaviləsi imzalamasından təəccüblənib və məyus olublar.
“Əgər Vuçiç Serbiyanın AB ilə münasibətləri gücləndirmək kursunu götürsə, Almaniya onu dəstəkləyəcək. Amma Rusiya ilə münasibətlərin davam etdirilməsi əks nəticə verəcək”, – Almaniya hökumətindəki mənbə qəzetə açıqlamasında deyib.