Rusiya xarici işlər naziri Sergey Lavrovun səfərinin ləğv edilməsindən dolayı təəssüflənirəm.
AzerTimes xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Problem olacağını gözləyirdim. Təəssüfləndim, amma təəccüblənmədim. Serbiya kimi kiçik ölkəyə edilən bu mütəşəkkil hücum və isterka ilə uzun zamandır ki, qarşı-qarşıya qalmamışdım”, – deyə Vuçiç bildirib.
Qeyd edək ki, Lavrovun Serbiyaya səfəri Monteneqro, Şimali Makedoniya və Bolqarıstanın rusiyalı nazirə hava məkanını bağlaması səbəbindən baş tutmayıb.