Vuçiçdən çağırış: Konfliktdən qaçın!

Vuçiçdən çağırış: Konfliktdən qaçın!

Kosova və Metoxiyada yaşayan serblər Avropa Birliyi missiyasının üzvləri (EULEX) və NATO KFOR qüvvələri ilə konfliktdən qaçmalıdır.

AzerTimes xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“KFOR və EULEX əməkdaşlarına heç kimin toxunmaması üçün bu, çox vacib mesajdır. Biz sülhə çağırırıq, danışığıa çağırırıq ki, saxlanılan günahsız insan azad edilsin” – deyə Vuçiç vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Serbiya xüsusi xidmət orqanlarının məlumatına görə, Kosova qüvvələri təxribat törədə, etirazçılar adı altında Aİ və Şimali Atlantika Alyansının nümayəndələrinə hücum edə bilər.

Teqlər: