Serbiya Prezidenti Aleksandr Vuçiç ukraynalı həmkarı Vladimir Zelenskinin xahişini qəbul etdiyini və avqustun 22-də onunla təkbətək görüş keçirəcəyini açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə o, Afinaya səfəri zamanı jurnalistlərə bildirib.
“Vətəndaşlara bildirmək istəyirəm ki, sabah səhər Ukrayna prezidentinin xahişi ilə onunla ikitərəfli görüş keçirəcəm. Beləliklə, mən Vladimir Zelenski ilə oturub bu yaxınlarda Kosovada ərazi bütövlüyünün tanınması və tanınmaması, bütün digər məsələlərlə bağlı təkbətək danışacağam”, – Serbiya lideri bildirib.