Serbiya Prezidenti Aleksandr Vuçiç etirazçıların Belqrad şəhər administrasiyasının binasına soxulmaq cəhdləri fonunda xalqa müraciət edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Veçernye novosti” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, müraciət onlayn rejimdə baş tutacaq. Qəzet başqa heç bir təfərrüat bildirmir.
Qeyd edək ki, serb müxalifətçiləri Belqrad şəhər administrasiyasına basqın ediblər
Etirazçılar şəhər administrasiyasının qapılarını sındırmağa cəh edib, məşəllər yandırıblar.