Serbiya Prezidenti Aleksandar Vuçiç təcili xəstəxanaya yerləşdirilib.
AzerTimes xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.
Vuçiçin xəstəxanaya yerləşdirilməsinin səbəbi açıqlanmır. Serbiya hakimiyyəti hələlik bu məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd olunur ki, dörd il əvvəl Vuçiç artıq ürək-damar xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilmişdi.