Vuçiç Serbiyada keçirilən prezident seçkilərində qalib gəldiyini elan edib

Aleksandr Vuçiç Serbiyada keçirilən prezident seçkilərində
qələbə qazandığını elan edib.

AzerTimes-ın məlumatına görə, o, bu barədə Serbiya Tərəqqi
Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

“Bizdə olan məlumatlara görə, mən 59,8 faizdən 60,1 faizə qədər
səs toplamışam. Serbiyada heç kimin edə bilmədiyini bacardım. İki
dəfə il turda qalib gələn yeganə mənəm”, – deyə A.Vuçiç
bildirib.