Xəbər verdiyimiz kimi, Aleksandr Vuçiç son 48 saat ərzində Belqrada Serbiyanın milli maraqlarını birbaşa təhdid edən xəbər daxil olduğu barədə rəsmi İnstaqram səhifəsində mesaj paylaşıb.
AzerTimes “Caucasian Live” Teleqram kanalına istinadən xəbər verir ki, Vuçiç xalqa bu mesajından sonra böyük oğlu Danilo ilə fotosunu paylaşıb. Danilonun geyindiyi köynəyin üzərindəki xəritə və şüar diqqət çəkib.
Belə ki, köynəyin üzərində köynəkdə Serbiya bayrağı ilə örtülmüş Kosova xəritəsi və “Təslim olmamaq lazımdır” yazısı əks olunub.