Kosova serblərin məskunlaşdığı şimal muxtar diyarını ələ keçirməyənə qədər öz aqressiv fəaliyyətini davam etdirəcək.
AzerTimes xəbər verir ki, bu barədə Serbiya lideri Aleksandr Vuçiç yerli mediaya açıqlamasında deyib.
“Priştina öz fəaliyyətini davam etdirir və Kosovanın şimalını ələ keçirməyənə qədər sakitləşməyəcək. Bu, onlar üçün yeganə vacib olandır, çünki digərlərinin bitdiyini düşünürlər. Artıq demişəm ki, güc yolu ilə siz hər şeyi edə bilərsiniz, lakin biz icazə vermərik ki, xalqımızı parçalayıb, öldürəsiniz. Güc yolunu sınayın, lakin biz buna cavab verəcəyik”, – deyə Vuçiç bildirib.