Sammitdə Rusiyaya qarşı sanksiyalar və Kosovo məsələsi ilə bağlı yersiz çıxışlar olacaq. Lakin serb xalqının maraqları uğrunda mübarizə aparmaq üçün Tiranaya getməyə qərar verdim.
AzerTimes xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa Birliyi-Qərbi Balkan ölkələri sammitində iştirak edəcəyini açıqlayarkən deyib.
Qeyd edək ki, A.Vuçiç ötən həftə AB-Qərbi Balkan ölkələri sammitində iştirak etməyəcəyini açıqlamışdı.