Vuçiç bu əraziyə daxil olsa, həbs ediləcək – Sveçlya

Vuçiç bu əraziyə daxil olsa, həbs ediləcək – Sveçlya

Serbiya Prezidenti Aleksandr Vuçiç Priştinanın icazəsi olmadan üsyançı bölgəyə girməyə cəhd edərsə, saxlanılacaq.

AzerTimes xəbər verir ki, bunu Kosovanın daxili işlər naziri Cəlal Sveçlya deyib.

“İcazə üçün Baş nazirlə (Albin Kurti – red.) əlaqə saxlayın, icazəsiz gəlsəniz, mənimlə görüşəcəksiniz… Kosova ərazisinə icazəsiz daxil olan hər kəs, o cümlədən Serbiya Prezidenti saxlanılacaq”, – o bildirib.

Onun sözlərinə görə, regionda asayişin vəziyyəti heç vaxt indikindən yaxşı olmayıb.

Teqlər: