Vuçiç ABŞ-dan yardım istədi

Vuçiç ABŞ-dan yardım istədi

Serbiya Prezidenti Belqradda səfərdə olan ABŞ-ın Ohayo ştatının Milli Qvardiyasının komandanı, general Con Harrislə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Vuçiç sosial şəbəkə hesabında yazıb.

“Ohayo Milli Qvardiyasının komandiri ilə regionda təhlükəsizlik vəziyyəti, Serbiya və ABŞ arasında münasibətlər, eləcə də ikitərəfli hərbi əməkdaşlığımızın və digər sahələrdə əməkdaşlığımızın daha da inkişaf etdirilməsi imkanları haqqında konstruktiv söhbət aparıldı”, – Vuçiç bildirib.

Serbiya prezidenti ABŞ-dan Kosovo və Metohiyadakı serbləri qorumaq üçün dəstək istəyib və rəsmi Belqrad və Vaşinqton arasında strateji tərəfdaşlığı gücləndirməyə çağırıb.

Teqlər: