Serbiya Kosovo ilə son 10 ilin ən böyük gərginliyini yaşayır.
AzerTimes xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
A.Vuçiç noyabrın 21-dən etibarən Kosovoya daxil olacaq Serbiya nömrə nişanlı avtomobillərə cərimənin tətbiqi ilə bağlı qərarın yenidən nəzərdən keçirilməsinin vacibliyini qeyd edib.
Serbiya Prezidenti noyabrın 21-də Brüsseldə Kosovo tərəfi ilə görüş keçiriləcəyini də açıqlayıb.
O, problemin təkcə avtomobil nömrə nişanları olmadığını vurğulayıb.