VTB (Azərbaycan) CONTACT ödəniş sistemi vasitəsilə fiziki
şəxslərin Rusiyaya pul köçürmələrini davam etdirir. Rusiyaya
köçürmələr bank hesabı açmadan manat və xarici valyutada göndərilə
bilər.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hesab
açılmadan gündə bir köçürmənin maksimal məbləği 1000 ABŞ dolları və
ya digər valyutalarda ekvivalentdir.
Kampaniya çərçivəsində martın 31-dək VTB (Azərbaycan)-ın bütün
müştəriləri üçün Azərbaycandan Rusiyaya pul köçürməsinə görə
komissiya 0,8% təşkil edəcək.
Siz VTB (Azərbaycan)-ın istənilən filialında CONTACT sistemindən
istifadə edərək köçürmə edə bilərsiniz. Rusiya Federasiyasına manat
və ya ABŞ dolları ilə ödəniş göndərildikdə, alıcı vəsaiti rublla
alacaq. Vəsaiti Rusiyada CONTACT sisteminin tərəfdaş banklarından
əldə etmək mümkündür.
Rusiyadan olan müştərilər CONTACT-ı dəstəkləyən istənilən Rusiya
bankından Azərbaycana pul köçürmələri də göndərə bilərlər. Pul
köçürməsi rublla mümkündür, pulu alan şəxs isə Azərbaycan manatı
ilə köçürməni alacaq.
CONTACT Rusiyada ilk pul köçürmələri və ödəniş sistemidir.
1999-cu ildə ASCB RUSSLAVBANK (QSC) tərəfindən yaradılmışdır. Bütün
dünya üzrə pul köçürməyə və ödənişlər etməyə imkan verir. 3 avqust
2012-ci il tarixində CONTACT ödəniş sistemi Rusiya Bankının ödəniş
sistemi operatorlarının reyestrində 0001 nömrəsi ilə qeydiyyata
alınmışdır. 2013-cü ilin aprelində Rusiya Bankı CONTACT Ödəniş
Sisteminə sosial əhəmiyyətli statusu vermişdir.