VTB (Azərbaycan) MMKS-ə qoşulub

VTB (Azərbaycan) Rusiya Bankının Maliyyə Mesajlarının Köçürmə
Sistemi (MMKS) vasitəsilə Rusiya Federasiyasındakı müxbirləri ilə
bütün maliyyə əməliyyatlarını həyata keçirməyə davam edəcək.

VTB (Azərbaycan) müştəriləri əvvəlki qaydada Rusiya ilə rublla
pul köçürmələri və qəbulu üzrə əməliyyatlar apara, alınan rublu
Azərbaycan manatına çevirə, həmçinin ölkə daxilində manatla
əməliyyatlar apara bilərlər.

VTB (Azərbaycan) ərazisində yaradılmış və Azərbaycan
Respublikasının qanunlarına tabe olan hüquqi şəxsdir. Bank kifayət
qədər likvidliyə və kapitala malikdir və müştərilərə lazımi maliyyə
xidmətlərini təqdim edərək, adi qaydada fəaliyyətini davam
etdirir.

Məlumat üçün

MMKS, maliyyə məlumatlarının ötürülməsi və ödənişlərin
həyata keçirilməsi üçün Rusiya banklararası sistemidir,
meqatənzimləyicinin məlumat və telekommunikasiya sistemi əsasında
fəaliyyət göstərir və maliyyə mesajlarının ötürülməsi üçün
zəmanətli və fasiləsiz xidmətlərin göstərilməsini təmin
edir.

Teqlər: