VTB (Azərbaycan), Azərbaycan Banklar Assosiasiyasının (ABA) Türkiyədə yanğınlar nəticəsində məhv olan meşələrin bərpası təşəbbüsünə qoşulub.
Hər bir bank əməkdaşı ölkədə 5 ağacın əkilməsinə kömək edəcək. Ümumilikdə, VTB (Azərbaycan) meşə fondunun bərpasına kömək etmək üçün Türkiyəyə 1820 ədəd fidan bağışladı.
“VTB ətraf mühitin mühafizəsi layihələrinin inkişafını hədəfləyib. Buna görə də, ABA-nın təşəbbüsünü dəstəkləmək və yanğınlardan zərər çəkən meşə sahələrinin bərpasına öz töhfəmizi vermək qərarına gəldik. Meşələr planetimizin “ağ ciyərləridir” və əkilən hər ağac təbii sərvətlərin qorunması yolunda atılan əhəmiyyətli bir addımdır”, – deyə, VTB (Azərbaycan)-nın İdarə Heyətinin Sədri vəzifəsini müvəqqəti icra edən Yevgeni Borodin bildirib.
Qeyd edək ki, iyulun 28 -də başlayan yanğınlar Türkiyənin təbiətinə, ekosisteminə və meşə ehtiyatlarına ciddi ziyan vurub. Azərbaycan Banklar Assosiasiyası, Türkiye Bankalar Birliğinin yanğından zərər çəkmiş Türkiyənin meşə fondunun bərpası təşəbbüslərindən birinə qoşuldu və hər bank işçisindən 5 ədəd fidan bağışlamağa qərar verdi.