Voronejdə PUA qəzaya uğradı

Voronejdə PUA qəzaya uğradı

Voronej vilayətində PUA qəzaya uğrayıb, bələdiyyələrdən birində qeyri-yaşayış binasının damı zədələnib, lakin itki yoxdur.

AzerTimes xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev məlumat verib.

“Bu gecə Ukraynaya məxsus PUA Voronej vilayətinin bələdiyyələrindən birində qeyri-yaşayış binasının damına ziyan vurub. İtki yoxdur. Yanğın halı baş verməyib”, – o bildirib.

Qusev əlavə edib ki, vəziyyəti şəxsən nəzarətdə saxlayır.

Teqlər: