Tatarıstanda (Rusiya subyekti) Volqa çayında iki yük bərəsi toqquşub.
AzerTimes xəbər verir ki, bu barədə Privoljski Nəqliyyat Prokurorluğunun məlumatında deyilir.
“İlkin məlumatlara görə, 2024-cü il aprelin 13-də axşam saatlarında Verxniy Uslon kəndi yaxınlığında iki yük bərəsi toqquşub”, – məlumatda deyilir.
Zərərçəkənlər barədə məlumat verilməyib.