Volodin hədələdi: Bu torpaqlar artıq Rusiyanındır!

Volodin hədələdi: Bu torpaqlar artıq Rusiyanındır!

Ukraynaya hərbi yardım edənlər anlamalıdır ki, onlar artıq Rusiya ilə münaqişəyə cəlb olunublar və bu barədə özlərinə hesabat verməlidirlər.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Bu ölkəmizin bir hissəsidir (Donetsk, Luqansk, Xerson, Zaporojye – red.), qərar qəbul olunub, heç kimə verməyəcəyik. Ona görə də Ukraynaya hərbi yardımla bağlı müzakirə aparanda, anlamalıdırlar ki, onlar artıq Rusiya ilə münaqişəyə cəlb olunublar. Nə qədər maskalanmağa çalışsalar da, heç nə alınmayacaq. Özlərinə hesabat verməlidirlər”, – deyə spiker bildirib.

Teqlər: