Volodin Çinə getdi

Volodin Çinə getdi

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfərə yollanıb.

AzerTimes xəbər verirm ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Noyabrın 23-nə kimi davam edəcək səfər zamanı Ümumçin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsinin rəhbərliyi və digər rəsmi şəxslərlə görüş keçiriləcək.

Görüşlərdə Rusiya və Çin arasında parlamentlərarası əməkdaşlığın inkişafı, o cümlədən iqtisadiyyat, təhlükəsizlik, ticarət, təhsil və elm və digər sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Teqlər: