Volodimir Zelenski Rumıniya parlamentində çıxış edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə Rumıniya
parlamentində çıxış edəcək.

Trend xəbər verir ki, bu barədə ölkə Senatının sədri Florin
Kitsu məlumat verib.

Florin Kitsu tviterdə yazıb: “Ukraynanın Baş naziri Denis Şmıqal
ilə mühüm söhbət: Prezident Volodimir Zelenski Rumıniya
parlamentində çıxış edəcək. Rumıniya Senatının sədri kimi mən bunun
gələn həftə baş verməsinə şərait yaradacağam. Ukraynanı tam
dəstəkləyirik”.

Qeyd edək ki, ötən həftə Ukrayna Prezidenti Brüsseldə keçirilən
sammitdə Avropa İttifaqı liderlərinə videomüraciət edib və burada
Rumıniya da daxil olmaqla bu ölkələrin hər birinin Ukraynanı necə
dəstəklədiklərini qısaca qiymətləndirib.

“Rumıniya ləyaqətin nə olduğunu bilir və həlledici anda bizimlə
olacaq”, – Volodimir Zelenski ölkəyə müraciət edib.