“Volkswagen” 246 min avtomobilini mühüm hissələrində yaranan
problemlərə görə servis mərkəzlərinə geri çağırıb.
Trend xəbər
verir ki, şirkət ABŞ və Kanadada satdığı Atlas model avtomobillərin
246 minini geri çağırıb.
“Atlas” və “Atlas Cross Sport” modelli avtomobillərin
təhlükəsizlik yastıqlarında, şüşələrində və əyləclərində problemlər
aşkarlanıb. Problemləri aradan qaldırmaq üçün avtomobillər yenidən
servis mərkəzlərinə çağırılıb.