Volkov Laçın postu ilə bağlı Bakıya nə təklif edib?

Volkov Laçın postu ilə bağlı Bakıya nə təklif edib?

Laçın yolunun girişində, Ermənistanla sərhəddə, Həkəri körpüsünün yanında Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd-buraxılış məntəqəsi qurması ilə bağlı rus sülhməramlı kontingentin komandanı Andrey Volkov azərbaycanlı rəsmilərlə danışıqları ötən gün də davam etdirib.

AzerTimes xəbər verir ki, belə bir iddianı erməni mediası yayıb.

Bildirilib ki, vəzifəsini yaxın müddətdə tərk edəcəyinə baxmayaraq (Andrey Volkovun artıq Rusiya müdafiə nazirinin müşaviri general-polkovnik Aleksandr Lentsovla əvəzlənəcəyi haqda rəsmi mənbələrə istinadla məlumat yayılıb – red.), Volkov azərbaycanlılar və ermənilərlə ayrı-ayrılıqda 3 gün danışıqlar aparıb. Lakin heç bir nəticə olmayıb:

“Əksinə, Azərbaycan artıq Laçın yolunun girişinə “Diqqət, siz Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz” lövhəsini də qoyub”.

Xəbərdə bildirilib ki, Azərbaycan keçid məntəqəsi mövqeyindən qətiyyən geri çəkilməyəcək, rusların əldə etmək istədiyi yeganə şey isə keçid məntəqəsində azərbaycanlılarla yanaşı, Rusiya sülhməramlılarının da yerləşməsidir.

Teqlər: