Rusiya sülhməramlılarının komandanı Volkovun Qarabağdakı “etnik ermənilər”lə görüşündə Azərbaycan bayrağının masada qoyulması müharibədən sonra ilk hadisədir. İndiyə qədər sülhməramlılar separatçıların qondarma “bayrağı” ilə poz verirdilər.
AzerTimes xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
“Ermənilərlə görüşdə Azərbaycan bayrağının olması həm də onlarda separatçı rejimin gələcəyinin olmadığı fikrinin formalaşması baxımından əhəmiyyətlidir.
Rusların bunu sevdikləri, yaxud istədikləri üçün etmədiyi də bəllidir. Son əməliyyatdan sonra Bakının sülhməramlılar qarşısında tələblərindən biri də bu ola bilər”, – o bildirib.