“VMedia”: Ermənistandan yolların açılmasına kim qarşıdır? (VİDEO)

“VMedia” “YouTube” kanalında yeni videoçarx yerləşdirilib.

Trend-in məlumatına görə, videoda deyilir ki, böyük ehtimalla, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan kanalın Serj Sarkisyan haqqında əvvəlki videosuna baxıb.

Həmin videoda qeyd olunmuşdu ki, əgər “Axmaq və ondan da axmaq” (Dumb and Dumber) filminin qəhrəmanları iki nəfər idisə, S.Sarkisyanın komandasında onların sayı daha çox idi:

“Nəticədə, Ohanyan özünü unudulmuş və diqqətdən kənar qalmış hiss etdi və bu “şərəfli” siyahıya düşməyə can atdı. O, bu məqsədə özünəməxsus tərzdə, öz həmvətənlərini regionda nəqliyyat dəhlizlərinin açılmasının qorxunc fəsadları ilə qorxutmaqla nail olmaq qərarına gəldi. Bununla belə, bu uğursuz hərbçi unudub ki, məhz Ermənistan 30 il ərzində kommunikasiyaların bağlı olmasının mənfi nəticələri barədə bar-bar bağırırdı. İndi isə dinc həyata və açıq yollara qayıtmaq imkanı yarananda Ohanyan birdən-birə məlum olur ki, buna qarşı imiş… Amma Ohanyan öz hərbi karyerasının uğursuzluqlarını isə heç qorxulu yuxu kimi də xatırlamaq istəmir”.

Teqlər: