Ukraynada səfərdə olan Kanadanın Baş naziri Castin Trüdo
prezident Vladimir Zelenski ilə görüşüb.
Trend “Ukrinform”a istinadla xəbər verir ki, görüş zamanı Ukrayna
prezidenti ölkəsinin birgə səylərlə bütün çətinliklərin öhdəsindən
gələ biləcəyinə ümidvar olduğunu söyləyib.
“Kanada Ukraynanın azadlığı uğrunda mübarizədə onu
dəstəkləyənlər sırasındadır. Kanadanın baş naziri Castin Trüdonun
bu gün Ukrayna xalqının yanında olması bizim üçün çox şey
deməkdir”, – V.Zelenski bildirib.
Qeyd edək ki, daha əvvəl Castin Trüdo Ukraynanın İrpen şəhərinə
səfər etmişdir.