Vladimir Zelenski Fransalı həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Ukrayna və Fransa prezidentləri Vladimir Zelenski ilə Emmanuel
Makron arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə ukraynalı lider öz “Twitter”
hesabında bildirib.

Dövlət başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər.

“Prezident Emmanuel Makronla təcili söhbət etdim. Cəbhədə
vəziyyətin gərginləşməsi, itkilərimiz, siyasətçilərin və beynəlxalq
jurnalistlərin atəşə tutulması barədə məlumat verdim. Dərhal
deeskalasiya və siyasi-diplomatik nizamlamanın zəruriliyi və mümkün
yolları müzakirə edilib”, – V. Zelenski bildirib.

Teqlər: