Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.
AzerTimes-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“V.Putinin Türkiyəyə səfəri epidemioloji vəziyyət və prezidentlərin iş qrafiki imkan verən kimi baş tutacaq”, – D.Peskov bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl V.Putini Türkiyəyə səfərə dəvət edib.